Konfrans Liqası: "Qarabağ" səfərdə İsrail klubu ilə qarşılaşacaq

Konfrans Liqası: "Qarabağ" səfərdə İsrail klubu ilə qarşılaşacaq "Qarabağ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Futbol
29 İyul , 2021 07:30
Konfrans Liqası: Qarabağ səfərdə İsrail klubu ilə qarşılaşacaq

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Aşdod"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı serbiyalı hakim Novak Simoviç idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb.

Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev səfərə aparılmayıb. Kapitan Maksim Medvedev isə ilk görüşdə qırmızı vərəqə aldığı üçün cəzalıdır. Müdafiçi buna baxmayaraq, komanda ilə birlikdə İsrailə yollanıb.

Meydan sahiblərində isə ilk matçı buraxan Məhəmməd Kanaan və Timoti Avani növbəti dəfə meydana çıxmayacaq.

29 iyul

UEFA Konfrans Liqası

21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Novak Simoviç (Serbiya)

Aşdod. "Aşdod" stadionu.

Son xəbərlər

Orphus sistemi