Konfrans Liqası: "Qarabağ" qrup liderliyini təmin edə bilər

Konfrans Liqası: "Qarabağ" qrup liderliyini təmin edə bilər "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Futbol
1763
25 Noyabr , 2021 07:30
Konfrans Liqası: Qarabağ qrup liderliyini təmin edə bilər

Bu gün "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 5-ci sınağında Kipr "Omoniya"sını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.

Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir. "Köhlən atlar" Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda "Kayrat" və İsveçrənin "Bazel" komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.

"Qarabağ"da Xayme Romero zədə səbəbindən oyunu buraxacaq, zədəsini sağaldan Bədavi Hüseynovun meydana çıxması sual altındadır. "Omoniya"da isə Fabiano, Yannis Kusulos və Ernest Asante oynaya bilməyəcək.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr)

Hakimlər: Morten Krox, Nils Höq, Şteffen Bramsen, Yorgen Burxardt (hamısı Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1.

Son xəbərlər

Orphus sistemi