Konfrans Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşəcək

Konfrans Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşəcək Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Futbol
3134
27 Avqust , 2021 01:44
Konfrans Liqası: Qarabağın qrupdakı rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olacaq. Tədbir Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb. Ağdam təmsilçisi II səbətdə yer alıb.

I səbət: "Roma" (İtaliya), "Tottenhem" (İngiltərə), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), AZ (Niderland), LASK (Avstriya)

II səbət: "Feyenoord" (Niderland), "Qarabağ" (Azərbaycan), "Makkabi" (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), "Renn" (Fransa), "Partizan" (Serbiya), CFR (Rumıniya), "Zarya" (Ukrayna),

III səbət: "Union Berlin" (Almaniya), "MOİK-Sofiya" (Bolqarıstan), "Vitess" (Niderland), "Slovan" (Bratislava, Slovakiya), “Yablonets” (Çexiya), "Alaşkert". (Ermənistan), "Flora" (Estoniya), "Kayrat" (Qazaxıstan),

IV səbət: "Linkoln" (Cəbəllütariq), "Randers (Danimarka), "Anortosis", "Omoniya" (hər ikisi Kipr), HİK (Finlandiya), "Makkabi" (Hayfa, İsrail), "Budyo Qlimt" (Norveç), "Mura" (Slovakiya)

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi