Konfrans Liqası: Kevin Medina dəqiq ötürmələrə görə "5-liy"ə düşüb

Konfrans Liqası: Kevin Medina dəqiq ötürmələrə görə "5-liy"ə düşüb UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunlarından sonra növbəti statistik göstəricilər açıqlanıb.
Futbol
15 Dekabr , 2021 11:04
Konfrans Liqası: Kevin Medina dəqiq ötürmələrə görə 5-liyə düşüb

UEFA Konfrans Liqasında qrup mərhələsinin oyunlarından sonra növbəti statistik göstəricilər açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kervin Medina ən çox dəqiq ötürmə verən oyunçuların siyahısında yer alıb.

28 yaşlı kolumbiyalı futbolçunun 369 ötürməsi dəqiq alınıb. Medina bu nominasiyada 5-ci olub.

Niderlandın AZ komandasından Brunu Martins İndi (494) birinci, onun komanda yoldaşı Yordi Klasi (441) ikinci, İsrailin "Makkabi" (Təl-Əviv) klubundan Luis Ernandes (396) üçüncü, Norveçin "Budyo Qlimt" komandasından Marius Lode (392) dördüncü olub.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi