Konfrans Liqası: "Qarabağ" ən çox künc zərbəsi yerinə yetirən komandalardan biridir

Konfrans Liqası: "Qarabağ" ən çox künc zərbəsi yerinə yetirən komandalardan biridir UEFA Konfrans Liqasının qrup mərhələsinin l turundan sonra statistik göstəricilər açıqlanıb.
Futbol
17 Sentyabr , 2021 09:28
Konfrans Liqası: Qarabağ ən çox künc zərbəsi yerinə yetirən komandalardan biridir

UEFA Konfrans Liqasının qrup mərhələsinin l turundan sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, Bakıda İsveçrə "Bazel"ə ilə qolsuz heç-heçə edən "Qarabağ" topa ən çox sahib olan komandalar sırasında yer alıb.

Ağdam təmsilçisi İsveçrə klubuna qarşı görüşdə 58 faiz topa sahib olma ilə oynayıb. "Köhlən atlar" bu nominasiyada 6-cı sıradadır.

Bundan əlavə, "Qarabağ" ilk turda ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır. Komanda oyun ərzində 8 dəfə küncdən zərbədən istifadə edib. Birinci pillədə isə Niderlandın "Vitesse" (12) komandası yer alıb.

Son xəbərlər

Orphus sistemi