Konfrans Liqası: "Qarabağ" 10 məğlubedilməz komandadan biridir

Konfrans Liqası: "Qarabağ" 10 məğlubedilməz komandadan biridir "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.
Futbol
22 Oktyabr , 2021 12:22
Konfrans Liqası: Qarabağ 10 məğlubedilməz komandadan biridir

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, aktivində 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçika "Gent"indən geri qalır. Sözügedən kollektiv B qrupunda keçirdiyi 3 görüşün hamısından qələbə ilə ayrılıb.

Siyahıda "Qarabağ" və "Gent"lə yanaşı, Avstriyanın LASK, İsveçrənin "Bazel", Norveçin "Budyo Qlimt", İsrailin "Makkabi" (Təl-Əviv), Fransanın "Lill", Yunanıstanın PAOK, Niderlandın "Feyenoord" və AZ klubları da var.

Bundan başqa, "köhlən atlar" qrup mərhələsində çərçivəyə ən çox dəqiq zərbə endirən komandadır. "Qarabağ"ın futbolçuları 3 oyunda ümumilikdə 21 dəfə qapını dəqiq nişan alıb ki, bunlardan 6-sı qolla nəticələnib.

Qeyd edək ki, "Qarabağ" ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi