"Sumqayıt" və "Keşlə" komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, "Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə üz-üzə gələcək.
Hər iki komanda ilk oyunlarını səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.
"Qarabağ" komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk oyununu evdə keçirəcək
"Neftçi"nin UEFA Konfrans Liqasındakı potensial rəqibi bəlli olub.
"Report"un məlumatına görə, ölkə çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.
"Ağ-qaralar" ilk matçını evdə keçirmək hüququna malikdir.