Konfrans Liqası: 1/4 finalın bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: 1/4 finalın bütün iştirakçıları bəlli olub Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Futbol
18 Mart , 2022 01:54
Konfrans Liqası: 1/4 finalın bütün iştirakçıları bəlli olub

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, bununla da 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Son olaraq, İtaliyanın "Roma", Yunanıstanın PAOK, Niderlandın "Feyenoord" və Çexiyanın "Slaviya" (Praqa) komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

UEFA Konfrans Liqası, 1/8 final

Cavab oyunları

17 mart

21:45. "Bazel" (İsveçrə) - "Marsel" (Fransa) - 1:2

İlk oyun - 1:2

21:45. "Renn" (Fransa) - "Lester" (İngiltərə) - 2:1

İlk oyun - 0:2

21:45. "Kopenhagen" (Danimarka) - PSV (Niderland) - 0:4

İlk oyun - 4:4

21:45. AZ (Niderland) - "Budyo Qlimt" (Norveç) - 2:2 (ƏLAVƏ VAXTDA - 0:1)

İlk oyun - 1:2

00:00. "Gent" (Belçika) - PAOK (Yunanıstan) - 1:2

İlk oyun - 0:1

00:00. LASK (Avstriya) - "Slaviya" Praqa (Çexiya) - 4:3

İlk oyun - 1:4

00:00. "Roma" (İtaliya) - "Vitess" (Niderland) - 1:1

İlk oyun - 1:0

00:00. "Feyenoord" (Niderland) - "Partizan" (Serbiya) - 3:1

İlk oyun - 5:2

00:15

Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

"Report"un məlumatına görə, Norveçin "Budyo Qlimt" klubu Niderlandda AZ ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 2:2.

Matçın əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda "Budyo Qlimt" rəqibini eyni hesabla məğlub etdiyindən əlavə vaxt oynanılıb. Burada daha bir qol vuran qonaqlar iki görüşün nəticəsinə əsasən, 1/4 finala vəsiqə qazanıblar.

23:42

Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, artıq 1/4 finalın ilk üç iştirakçısı bəlli olub.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"i ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da rəqibini eyni hesabla məğlub edən Liqa 1 təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

"Marsel"lə yanaşı, İngiltərənin "Lester" və Niderlandın PSV klubları da 1/4 finala adlayıblar.

UEFA Konfrans Liqası, 1/8 final

Cavab oyunları

17 mart

21:45. "Bazel" (İsveçrə) - "Marsel" (Fransa) - 1:2

İlk oyun - 1:2

21:45. "Renn" (Fransa) - "Lester" (İngiltərə) - 2:1

İlk oyun - 0:2

21:45. "Kopenhagen" (Danimarka) - PSV (Niderland) - 0:4

İlk oyun - 4:4

21:45. AZ (Niderland) - "Budyo Qlimt" (Norveç) - 2:2 (ƏLAVƏ VAXTDA 0:1)

İlk oyun - 1:2

Qeyd edək ki, 1/8 finalın digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi