Konfrans Liqası: "Qarabağ"ın futbolçusu ən yaxşı qolun müəllifi seçilib

Konfrans Liqası: "Qarabağ"ın futbolçusu ən yaxşı qolun müəllifi seçilib UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib
Futbol
1 Oktyabr , 2021 14:29
Konfrans Liqası: Qarabağın futbolçusu ən yaxşı qolun müəllifi seçilib
Kadi Borges

UEFA Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

"Report"un məlumatına görə, azarkeşlər arasındakı səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib. Həmin qol 52-ci dəqiqəyə təsadüf edib.

Braziliyalı yarımmüdafiəçi 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi