Konfrans Liqası: "Marsel"dən qələbə, "Roma" uduzub

Konfrans Liqası: "Marsel"dən qələbə, "Roma" uduzub UEFA Konfrans Liqasında 1/4 final mərhələsi start götürüb.
Futbol
7 aprel 2022 20:57
Konfrans Liqası: Marseldən qələbə, Roma uduzub

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, günün ilk matçında olduğu kimi, son 3 qarşılaşmada da meydan sahibləri uduzmayıblar.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i evdə Yunanıstan PAOK-una 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində qolları Jerson Santos və Dmitri Payet vurublar. Qonaqlardan isə Ömər Əl-Kədduri fərqlənib.

Turnirin favoritlərindən İtaliya "Roma"sı Norveçdə "Budyo Qlimt"ə uduzub - 1:2. İngiltərədə "Lester" və Niderland PSV-si arasında baş tutan görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) - 3:3

Qollar: Luis Sinisterra, 10. Markos Senesi, 74, Orkun Kökçü, 86 - Peter Olayinka, 41. İra Sor, 67, İbrahim Traore, 90+5

23:00. "Marsel" (Fransa) - PAOK (Yunanıstan) - 2:1

Qollar: Jerson Santos, 13. Dmitri Payet, 45 - Ömər Əl-Kədduri, 48

Qırmızı vərəqə: Jerson Santos, 90+4 ("Marsel")

23:00. "Lester" (İngiltərə) - PSV (Niderland) - 0:0

23:00. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) - 2:1

Qollar: Ulrik Saltnes, 56/ Uqo Vetlesen, 89 - Lorentso Pelleqrini, 43

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.

22:40

UEFA Konfrans Liqasında 1/4 final mərhələsi start götürüb.

"Report"un məlumatına görə, gecənin ilk matçında Çexiyanın "Slaviya" (Praqa) klubu Niderlandda "Feyenoord"la üz-üzə gəlib. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda ilk qolu 10-cu dəqiqədə qonaqların futbolçusu Luis Sinisterra vurub. Rotterdam təmsilçisi 41-ci dəqiqədə Peter Olayinkanın qolu ilə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə İra Sor Praqa klubunu önə çıxarıb. 74-cü dəqiqədə "Feyenoord"un oyunçusu Markos Senesi tarazlığı bərpa edib. 86-cı dəqiqədə Türkiyə millisinin yarımmüdafiəçisi Orkun Kökçü yenidən "Feyenoord"u önə keçirib. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə İbrahim Traore qoyub.

Komandalar arasında cavab matçı aprelin 14-də olacaq.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) - 3:3

Qollar: Luis Sinisterra, 10. Markos Senesi, 74, Orkun Kökçü, 86 - Peter Olayinka, 41. İra Sor, 67, İbrahim Traore, 90+5

Qeyd edək ki, gecənin digər matçlarında Niderlandın PSV-si İngiltərədə "Lester"lə, Yunanıstan PAOK-u Fransada "Marsel"lə, İtaliya "Roma"sı isə Norveçdə "Budyo Qlimt"lə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi