Konfrans Liqası: Bu gün final oyunu keçiriləcək

Konfrans Liqası: Bu gün final oyunu keçiriləcək Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.
Futbol
7 İyun , 2023 07:30
Konfrans Liqası: Bu gün final oyunu keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulacaq.

"Report"un məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.

UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə)

Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

Qeyd edək ki, bu, Konfrans Liqasında ikinci final matçıdır. Turnirin ilk qalibi İtaliya "Roma"sı olub.

Son xəbərlər

Orphus sistemi