Konfrans Liqası: Altı komanda 1/8 finala vəsiqəni təmin edib

Konfrans Liqası: Altı komanda 1/8 finala vəsiqəni təmin edib UEFA Konfrans Liqasının qrup mərhələsində V tura start verilib.
Futbol
3371
26 Noyabr , 2021 01:52
Konfrans Liqası: Altı komanda 1/8 finala vəsiqəni təmin edib

UEFA Konfrans Liqasının qrup mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, bununla da 1/8 finala vəsiqə qazanan daha 2 komandanın adına aydınlıq gəlib.

A qrupunda İsraildə Təl-Əviv "Makkabi"sinə qalib gələn Avstriyanın LASK klubu və D qrupunda Çexiyada "Yablonets"lə heç-heçə edən Niderlandın AZ kollektivi vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.

C qrupunda isə matçlarını qələbə ilə başa vuran İtaliyanın "Roma" və Norveçin "Budye Qlimt" komandaları ən azı pley-offa vəsiqəni təmin ediblər.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

A qrupu

21:45. HİK (Finlandiya) - "Alaşkert" (Ermənistan) - 1:0

00:00. "Makkabi" (Təl-Əviv, İsrail) - LASK (Avstriya) - 0:1

Xal durumu: LASK - 13, "Makkabi" - 10, HİK - 6, "Alaşkert" - 0.

B qrupu

19:30. "Flora" (Estoniya) - "Partizan" (Serbiya) - 1:0

Qol: Martin Miller, 44

00:00. "Anortosis" (Kipr) - "Gent" (Belçika) - 1:0

Xal durumu: "Gent" - 10, "Partizan" - 7, "Flora" - 5, "Anortosis" - 5.

C qrupu

00:00. "Roma" (İtaliya) - "Zarya" (Luqansk, Ukrayna) - 4:0

00:00. "Budyo Qlimt" (Norveç) - "MOİK-Sofiya" (Bolqarıstan) - 2:0

Xal durumu: "Budyo Qlimt" - 11, "Roma" - 10, "Zarya" - 6, "MOİK-Sofiya" - 1.

D qrupu

00:00. "Randers" (Danimarka) - ÇFR (Kluj, Rumıniya) - 2:1

00:00. "Yablonets" (Çexiya) - AZ (Niderland) - 1:1

Xal durumu: AZ - 11, "Randers" - 7, "Yablonets" - 6, ÇFR - 1.

E qrupu

21:45. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 2:2

21:45. "Makkabi" (Hayfa, İsrail) - "Union Berlin" (Almaniya) - 0:1

Xal durumu: "Feyenoord" - 11, "Slaviya" - 7, "Union Berlin" - 6, "Makkabi" - 4.

F qrupu

21:45. "Linkoln" (Cəbəllütariq) - "Kopenhagen" (Danimarka) - 0:4

21:45. "Slovan" (Bratislava, Slovakiya) - PAOK (Yunanıstan) - 0:0

Xal durumu: "Kopenhagen" - 12, "Slovan" - 8, PAOK - 8, "Linkoln" - 0.

G qrupu

21:45. "Mura" (Sloveniya) - "Tottenhem" (İngiltərə) - 2:1

21:45. "Renn" (Fransa) - "Vitess" (Niderland) - 3:3

Xal durumu: "Renn" - 11, "Tottenhem" - 7, "Vitess" - 7, "Mura" - 3.

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr) - 2:2

Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1.

23:41

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda daha 8 oyun keçirilib.

"Report"un məlumatına görə, Belçika "Gent"indən sonra 1/8 finala yüksələn daha 3 komanda müəyyənləşib.

F qrupunda Cəbəllütariqdə "Linkoln" klubunu darmadağın edən Danimarka "Kopenhagen"i, E qrupunda Çexiyada Praqa "Slaviya"sı ilə bərabərə qalan Niderland "Feyenoord"u və G qrupunda evdə Niderland "Vitess"i ilə sülhə razılaşan Fransa "Renn"i sona 1 tur qalmış qalmış növbəti mərhələyə vəsiqəni təmin edib.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

A qrupu

21:45. HİK (Finlandiya) - "Alaşkert" (Ermənistan) - 1:0

00:00. "Makkabi" (Təl-Əviv, İsrail) - LASK (Avstriya)

Xal durumu: "Makkabi" - 10, LASK - 10, HİK - 6 (5 oyuna), "Alaşkert" - 0 (5).

E qrupu

21:45. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 2:2

21:45. "Makkabi" (Hayfa, İsrail) - "Union Berlin" (Almaniya) - 0:1

Xal durumu: "Feyenoord" - 11, "Slaviya" - 7, "Union Berlin" - 6, "Makkabi" - 4.

F qrupu

21:45. "Linkoln" (Cəbəllütariq) - "Kopenhagen" (Danimarka) - 0:4

21:45. "Slovan" (Bratislava, Slovakiya) - PAOK (Yunanıstan) - 0:0

Xal durumu: "Kopenhagen" - 12, "Slovan" - 8, PAOK - 8, "Linkoln" - 0.

G qrupu

21:45. "Mura" (Sloveniya) - "Tottenhem" (İngiltərə) - 2:1

21:45. "Renn" (Fransa) - "Vitess" (Niderland) - 3:3

Xal durumu: "Renn" - 11, "Tottenhem" - 7, "Vitess" - 7, "Mura" - 3.

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr) - 2:2

Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1.

21:24

UEFA Konfrans Liqasının qrup mərhələsində V tura start verilib.

"Report"un məlumatına görə, turun açılış oyunları B və H qruplarına təsadüf edib.

B qrupunda Serbiya "Partizan"ı Estoniyada "Flora"ya minimal hesabla uduzub. Yeganə qolu 44-cü dəqiqədə Martin Miller vurub. Meydan sahibləri bu qələbədən sonra pley-offa vəsiqə şanslarını son tura saxlayıblar. Əvəzində isə Belçika "Gent"inin 1/8 finala adlaması rəsmiləşib.

"Qarabağ"ın yer aldığı H qrupunda isə İsveçrə "Bazel"i Qazaxıstanda "Kayrat" üzərində əzmkar qələbə qazanıb. Qarşılaşmada hesabı 23-cü dəqiqədə Vaqner Lav açıb. Yeri gəlmişkən, bu, braziliyalı hücumçunun Almatı təmsilçisində sonuncu oyunu olub. Qonaqlar 45-ci dəqiqədə Artur Kabralın penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 56-cı dəqiqədə meydan sahibləri növbəti dəfə önə keçiblər. Lakin isveçrəlilər 69-cu dəqiqədə yenidən hesabı bərabərləşdiriblər. Bu dəfə Edon Jeqrova fərqlənib. Görüşdə son nöqtəni isə 73-cü dəqiqədə Paytim Kasami qoyub. Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Bazel" hələlik liderliyə yüksəlib. "Kayrat" isə 1 xalla sonuncudur.

Qeyd edək ki, H qrupunun digər oyununda "Qarabağ" Bakıda Kipr "Omoniya"sını qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi son turda müəyyənləşəcək.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

B qrupu

19:30. "Flora" (Estoniya) - "Partizan" (Serbiya) - 1:0

Qol: Martin Miller, 44

00:00. "Anortosis" (Kipr) - "Gent" (Belçika)

Xal durumu: "Gent" - 10, "Partizan" - 7 (5 oyuna), "Flora" - 5 (5), "Anortosis" - 2.

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3

Qollar: Vaqner Lav, 23. Kamo Ohanesyan, 56 - Artur Kabral, 45 (pen.). Edon Jeqrova, 69. Paytim Kasami, 73

Qırmızı vərəqə: Yan Voroqovski, 90+3 ("Kayrat")

21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr)

Xal durumu: "Bazel" - 11 (5 oyuna), "Qarabağ" - 10, "Omoniya" - 2, "Kayrat" - 1 (5).

Son xəbərlər

Orphus sistemi