Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib

Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib Turnirə son vəsiqəni Afrika Millətlər Kubokunun qalibi Kamerun yığması qazanıb
Futbol
6 Fevral , 2017 09:38
Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib

Bakı. 6 fevral. REPORT.AZ/ Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib. "Report"un məlumatına görə, son vəsiqəni Afrika Millətlər Kubokunun qalibi Kamerun yığması qazanıb.

"Ramedilməz Şirlər" B qrupunda Çili, Avstraliya və Almaniya birgə yer alacaq. A qrupunda isə Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika çıxış edəcək.

Qeyd edək ki, Konfederasiyalar Kuboku iyunun 17-dən iyulun 2-dək Rusiyanın Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi