Konfederasiyalar Kuboku: Çili-Almaniya matçında qalib müəyyənləşməyib

Konfederasiyalar Kuboku: Çili-Almaniya matçında qalib müəyyənləşməyib Görüş 1:1 hesabı ilə başa çatıb
Futbol
22 İyun , 2017 23:51
Konfederasiyalar Kuboku: Çili-Almaniya matçında qalib müəyyənləşməyib
Courtesy İmage

Bakı. 22 iyun. REPORT.AZ/ Futbol üzrə Konfederasiyalar Kuboku - 2017-nin "B" qrupunun II tur oyununda Almaniya millisi Çili ilə heç-heçə edib.

"Report" xəbər verir ki, "Kazan arena"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Hər iki qol birinci hissədə vurulub. Hesabı cənubi amerikalılar açıb. 42-ci dəqiqədə isə hazırkı dünya çempionları matçda bərabərlik yaradıblar.

Qrup mərhələsinin iyunun 25-də keçiriləcək son turunda Almaniya Soçidə Kamerunla, Çili komandası isə həmin gün Moskvada Avstraliya ilə qarşılaşacaq.

Turnir cədvəlində vəziyyət: 1. Çili — 4 xal; 2. Almaniya — 4; 3. Avstraliya — 1; 4. Kamerun — 1.

Konfederasiyalar Kuboku. "B" qrupu. 2-ci tur

Almaniya – Çili - 1:1

0:1 – Sançes – 6, 1:1 – Ştindlğ – 42

Son xəbərlər

Orphus sistemi