Komanda yoldaşı Messini "trol" adlandırıb

Komanda yoldaşı Messini "trol" adlandırıb İspaniya Barselonasının futbolçusu Jerar Pike boş vaxtlarında komanda yoldaşları ilə ünsiyyətindən danışıb.
Futbol
29 Mart , 2019 16:20
Komanda yoldaşı Messini trol adlandırıb
0 : 00
0 : 00

İspaniya "Barselona"sının futbolçusu Jerar Pike boş vaxtlarında komanda yoldaşları ilə ünsiyyətindən danışıb.

"Report"un məlumatına görə, təcrübəli müdafiəçi "La Resistencia" yumoristik şousunda "votsap"da "Barsa" emblemi ilə çat yaratdığını açıqlayıb. O, belə bir qrupu kollektivdə yaxşı ab-havanın olması məqsədilə yaratdığını bildirib: "Messi çox ironiyalı yumora malikdir. O, tanıdıqlarım arasında ən böyük trollardan biridir".

Qeyd edək ki, "Barselona" La Liqada növbəti oyununu martın 30-da "Nou Kamp" stadionunda keçirəcək. XXIX tur matçında rəqib "Espanyol" olacaq. 28 turdan sonra Kataloniya komandası ən yaxın izləyicisi "Atletiko"nu 10 xal qabaqlayaraq birinci yeri tutur. 

Son xəbərlər

Orphus sistemi