"Sabah" Antalya toplanışına qələbə ilə başlayıb, "Qarabağ"ın oyunu ləğv edilib

"Sabah" Antalya toplanışına qələbə ilə başlayıb, "Qarabağ"ın oyunu ləğv edilib Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant Sabah meydana çıxıb.
Futbol
12 Yanvar , 2019 19:45
Sabah Antalya toplanışına qələbə ilə başlayıb, Qarabağın oyunu ləğv edilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarından ilk olaraq, debütant "Sabah" meydana çıxıb.

"Report"un məlumatına görə, Elşad Əhmədovun baş məşqçi olduğu komanda Türkiyənin I Liqa təmsilçisi "Eskişehirspor"la üz-üzə gəlib. Belek qəsəbəsindəki "IC Santai" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 68-ci dəqiqədə Emil Qasımov vurub.

"Qarabağ"ın Rumıniya "Botoşani"si ilə nəzərdə tutulan görüşü isə ləğv olunub. Səbəb kimi Antalyada bir neçə gündür güclü yağışların yağması göstərilib.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verib.

Son xəbərlər

Orphus sistemi