Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişməyib Bakı. 20 dekabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbol
20 Dekabr , 2018 13:25
Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişməyib

Bakı. 20 dekabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisi ilin yekun siyahısında mövqeyini qoruyub. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də ötən ayla müqayisədə mövqeyi dəyişməz qalıb. Xorvatiya 1634 xalla 4-cü, Uels 1525 xalla 19-cu, Slovakiya 1483 xalla 27-ci, Macarıstan isə 1412 xalla 51-ci yerdədir. 

FIFA-nın reytinq siyahısında ilk "3-lük" də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya 1676 xalla üçüncü yerdədir.

Türkiyə yığması isə reytinqdə 1443 xalla 39-cu yerdə qalıb.

Son xəbərlər

Orphus sistemi