Kolumbiyada qəzaya uğrayan təyyarə ilə Messi də uçub

Kolumbiyada qəzaya uğrayan təyyarə ilə Messi də uçub Bu barədə klub prezidenti açıqlama verib
Futbol
29 Noyabr , 2016 14:00
Kolumbiyada qəzaya uğrayan təyyarə ilə Messi də uçub

Bakı. 29 noyabr. REPORT.AZ/ Braziliyanın "Şapekoense” klubunun qəzaya uğradığı təyyarədən əvvəllər Lionel Messinin kapitanı olduğu Argentina yığması bir neçə dəfə istifadə edib.

"Report"un məlumatına görə, bu barədə Kolumbiyanın "Atletiko Nasyonal” kubunun prezidenti Xuan Karlos de la Kuesta açıqlama verib. Braziliyalılar məhz Kolumbiya təmsilçisi ilə Cənubi Amerika Kubokunun ilk final oyununa yollanıblar. O da məlum olub ki, "Şapekoense” üzvləri təyyarə reysini dəyişməyə məcbur olublar. Çünki ilk olaraq plan çarter reysi imiş. Ancaq sonra kommersiya reysi ilə səfərə çıxmaq üstün tutulub ki, bu da ondan 2 saat gec olub. Həmin reyslə uçan təyyarə Kolumbiyanın Medelyin şəhərinə yaxın ərazidə qəzaya urayıb. Qəzadan 6 nəfərin sağ çxıdığı bildirilir. Bunlardan 3-ü futbolçu, digərləri stüardessa, jurnalist və masajçıdır.

Son xəbərlər

Orphus sistemi