Kolumbiya yığmasının futbolçusu ölüm təhdidi ilə üzləşib

Kolumbiya yığmasının futbolçusu ölüm təhdidi ilə üzləşib Amerika Kubokunun 1/4 final oyununda penaltini dəqiq yerinə yetirə bilməyən Kolumbiya yığmasının oyunçusu Vilyam Tesilo təhdidlə üzləşib.
Futbol
2 İyul , 2019 00:49
Kolumbiya yığmasının futbolçusu ölüm təhdidi ilə üzləşib

Amerika Kubokunun 1/4 final oyununda penaltini dəqiq yerinə yetirə bilməyən Kolumbiya yığmasının oyunçusu Vilyam Tesilo təhdidlə üzləşib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, Kolumbiya yığması turniri tərk etdikdən sonra fanatlar onu və həyat yoldaşını təhdid etməyə başlayıblar.

“Bəli, bu düzdür, onlar mənim həyat yoldaşıma yazmağa başlayıblar. Onlar mənə də yazıblar, amma hələ heçnə paylaşmamışam”, - deyə Tesilo bildirib.

Məlumata görə, naməlum şəxslər futbolçunun həyat yoldaşına Tesilonun digər futbolçu Andres Eskobarın aqibətini yaşaması barədə arzularını göndəriblər.

Xatırladaq ki, futbol üzrə Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar 1994-cü ildə keçirilmiş dünya çempionatından sonra gecə klubunda güllələnib. Buna səbəb komandanın dünya çempionatında həmin oyunçuya görə məğlub olması olub. Vətənə qayıdan Eskobara fanatlardan biri odlu silahdan 7 dəfə atəş açıb və hər dəfə “qol” – deyə qışqırıb.

Son xəbərlər

Orphus sistemi