Klublarımızın sabiq baş məşqçi və futbolçuları liderləri məyus etdi

Klublarımızın sabiq baş məşqçi və futbolçuları liderləri məyus etdi Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi "Kayserispor" komandası evdə "Qaziantep"lə görüşdə iki qırmızı vərəqəyə rəğmən, meydanı heç-heçə ilə tərk etməyi bacarıb
Futbol
783
14 İyul , 2020 01:02
Klublarımızın sabiq baş məşqçi və futbolçuları liderləri məyus etdi

Türkiyədə çempionluq uğrunda mübarizə aparan "Başakşehir" və "Trabzonspor" komandaları Superliqanın XXXII turunda məğlubiyyətlə üzləşiblər. 

"Report"un məlumatına görə, "Başakşehir" səfərdə "Konyaspor"a 3:4 hesabı ilə uduzub. "Bakı"nın sabiq baş məşqçisi Bülent Korkmazın hazırda rəhbərlik etdiyi kollektivə qələbə gətirən toplardan ikisini "Səbail"in sabiq futbolçusu Faruk Miya vurub. Miya 20-ci və 45+1-ci dəqiqədə fərqlənib. 

"Trabzonspor" isə "Neftçi"nin keçmiş futbolçusu Levent Kartopun hazırda baş məşqçi kimi çalışdığı "Denizlispor" önündə aciz qalıb - 1:2. 

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi "Kayserispor" komandası evdə "Qaziantep"lə görüşdə iki qırmızı vərəqəyə rəğmən, meydanı heç-heçə ilə tərk etməyi bacarıb - 1:1.  

Bu qələbələrdən sonra "Denizlispor" 35 xalla 13-cü, "Konyaspor" 33 xalla 14-cü pilləyə yüksəlib. Məğlubiyyətlərə baxmayaraq, "Başakşehir" sona 2 tur qalmış 66 xalla 1-ci, "Trabzonspor" 62 xalla 2-ci pillədə qərarlaşıb. 32 xala malik "Kayserispor" isə sondan əvvəlki - 17-ci yerdə gedir. Növbəti turda "Konyaspor" səfərdə "Trabzonspor"u da udsa, "Başakşehir" öz meydanında "Kayserispor"la görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq. 

Son xəbərlər

Orphus sistemi