Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçirilə bilər

Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçirilə bilər UEFA-nın quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans formatında keçirilən iclasında azarkeşlərin yenidən stadionlara qayıtması məsələsi müzakirə olunub.
Futbol
552
7 Avqust , 2020 16:44
Klublarımızın avrokubok oyunları azarkeşlərlə keçirilə bilər
0 : 00
0 : 00

UEFA-ya 55 üzv milli assosiasiyanın baş katibləri ilə videokonfrans formatında keçirilən iclasda azarkeşlərin yenidən stadionlara qayıtma məsələsi müzakirə olunub.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, indiki halda fanatlarla bağlı qadağanın qüvvədə saxlanılması məqsədəuyğun hesab edilib.

Eyni zamanda, avqustun ortalarında yenidən bu məsələyə baxılacağı və ölkələrdə pandemiya ilə bağlı vəziyyətə əsasən az sayda azarkeşin stadionlara girişinə icazə verilə biləcəyi vurğulanıb.

Milli komandaların sentyabrda keçirəcəyi oyunların da müzakirə olunduğu iclasda bəzi matçların neytral meydanlarda olacağı istisna olunmayıb.

Videokonfrans zamanı gənclərdən ibarət yığmalar arasında bu il nəzərdə tutulan turnirlərin əksəriyyətinin 2021-ci ilin yazına təxirə salınması təklif olunub.

Orphus sistemi