Klublar məşqlərə başlaya bilərmi? - RƏSMİ AÇIQLAMA

Klublar məşqlərə başlaya bilərmi? - RƏSMİ AÇIQLAMA Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb.
Futbol
3281
21 Aprel , 2020 13:45
Klublar məşqlərə başlaya bilərmi? - RƏSMİ AÇIQLAMA
İbrahim Məmmədov / Report
0 : 00
0 : 00

"Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O, hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib. İ.Məmmədov komandaların məşqlərə başlamasının nə dərəcədə mümkünlüyü barədə sualı isə belə cavablandırıb: "Mən Operativ Qərargah adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb. Çempionat bərpa olunanadək ilk növbədə, futbolçulara məşqlərə başlamaları üçün də icazə verilməlidir. 

Daha əvvəl Oğuzda karantin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs cərimələnib

Son xəbərlər

Orphus sistemi