Klub prezidenti təyyarə qəzasında ölən futbolçunun transfer məbləğini ödəyəcəklərini açıqlayıb

Klub prezidenti təyyarə qəzasında ölən futbolçunun transfer məbləğini ödəyəcəklərini açıqlayıb Bakı. 13 fevral. REPORT.AZ/ İngiltərənin Kardiff Siti klubunun prezidenti Mehmed Dalman Emiliano Salanın faciəli ölümü haqqında məlumat toplamağa çalışdıqlarını bildirib.
Futbol
112291
13 Fevral , 2019 19:26
Klub prezidenti təyyarə qəzasında ölən futbolçunun transfer məbləğini ödəyəcəklərini açıqlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ İngiltərənin "Kardiff Siti" klubunun prezidenti Mehmed Dalman Emiliano Salanın faciəli ölümü haqqında məlumat toplamağa çalışdıqlarını bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, klub rəhbəri futbolçunun transfer məbləği ilə bağlı da danışıb.

Dalman bütün komandalara hörmətlə yanaşdıqlarını deyib: "Əlbəttə, ödəniş edəcəyimiz bir müqavilə varsa, bunu edəcəyik. Amma biz hələ də məlumat toplayırıq. Bu proses davam edir. Bütün zəruri məlumatları topladığımızda "Nant" ilə danışıqlar masasına oturacağımızdan və hər mövzuda həmfikir olacağımıza əminəm".

İngiltərə klubunun prezidenti Sala üçün "Nant"ın pul tələb etdiyini söyləyib və Fransa təmsilçisinin bu prosesə başladığını vurğulayıb: "Faciəvi halı nəzərə alaraq bununla razılaşmırıq. Biz hər hansı bir açıqlama vermirik. Hələ də cavablandırılmalı olan bir çox sual var". 

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi