Klub prezidenti Medinanın "Qarabağ"a transferindən danışdı

Klub prezidenti Medinanın "Qarabağ"a transferindən danışdı Portuqaliyanın I liqasında mübarizə aparan Şaveş klubunun prezidenti Fransisko Joze Karvalyu komandanın futbolçusu Kevin Medinanın Qarabağa keçəcəyini təsdiqləyib.
Futbol
211
11 İyun , 2020 15:38
Klub prezidenti Medinanın Qarabağa transferindən danışdı

Portuqaliyanın I liqasında mübarizə aparan "Şaveş" klubunun prezidenti Fransisko Joze Karvalyu komandanın futbolçusu Kevin Medinanın "Qarabağ"a keçəcəyini təsdiqləyib.

"Report"un məlumatına görə, funksioner yerli Sinal TV-yə açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzaladığını bildirib.

Amma klub prezidenti "Qarabağ"ın bu transfer üçün nə qədər ödədiyini açıqlamayıb: "Artıq hər şey tamamlanıb. COVID-19 pandemiyasına görə beynəlxalq uçuşlar olmadığından, futbolçunun yalnız tibbi müayinədən keçməsi qalıb".

Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı müdafiəçi ilə anlaşdıqlarını söyləyib.

Qeyd edək ki, karyerası ancaq Portuqaliya klubları ilə bağlı olan Kevin Medina 2019-cu ildən "Şaveş"də çıxış edir. O, cari mövsüm 11 oyunda meydana çıxıb. Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi