KİV: "Yuventus" polşalı hücumçunu transfer edir

KİV: "Yuventus" polşalı hücumçunu transfer edir İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik komandadan ayrılacaq.
Futbol
20 Dekabr , 2020 15:14
KİV: Yuventus polşalı hücumçunu transfer edir
Arkadiuş Milik

İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik komandadan ayrılacaq.

"Report" "Tuttosport"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu qış transfer dönəmində "Yuventus"a keçəcək.

Turin təmsilçisi polşalı oyunçunun transferi üçün qarşı tərəflə razılığa gəlib. Ölkə çempionu Milik üçün "Napoli"yə 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, Arkadiuş Milik cari mövsüm "Napoli" forması ilə meydana çıxmayıb. Neapol təmsiçisi onun adını heç bir turnirin iştirak ərizəsinə daxil etməyib.

Son xəbərlər

Orphus sistemi