KİV: Ronaldu "Yuventus"da qalacaq

KİV: Ronaldu "Yuventus"da qalacaq İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu komandada qalacaq.&
Futbol
13 İyul , 2020 17:19
KİV: Ronaldu Yuventusda qalacaq
Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun ulduz futbolçusu Kriştianu Ronaldu komandada qalacaq. 

"Report"un məlumatına görə, bu iddianı "Tuttosport" nəşri irəli sürüb.

35 yaşlı hücumçu Turin təmsilçisindəki gələcəyinə şübhə etmir və hazırda klubunu dəyişmək barədə düşünmür. Portuqaliyalı forvard "Yuventus"da qazana biləcəyi tarixi nailiyyətlər haqqında fikirləşir. O, komanda ilə Çempionlar Liqasının qalibi olmaq niyyətindədir. 

Qeyd edək ki, daha öncə Kriştianu Ronaldunun yay transfer dönəmində "Yuventus"dan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb. 2018-ci ilin yayında İtaliya klubuna keçən hücumçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi