KİV: PSJ Ronaldunun transferindən imtina etmək istəmir

KİV: PSJ Ronaldunun transferindən imtina etmək istəmir Fransanın PSJ klubu İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunu heyətinə qatacağına ümid edir.
Futbol
24 oktyabr 2020 07:39
KİV: PSJ Ronaldunun transferindən imtina etmək istəmir
Kriştianu Ronaldunu

Fransanın PSJ klubu İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunu heyətinə qatacağına ümid edir.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi yay transfer dönəmində 35 yaşlı hücumçunu transfer etmək istəyib, lakin keçid gerçəkləşməyib.

Klub növbəti yay təcrübəli forvard üçün yenidən cəhd edəcək. Kilian Mbappe PSJ-dən ayrılacağı təqdirdə Ronaldunun bu komandaya keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Kriştianu Ronalduda oktyabrın 13-də koronavirus aşkarlanıb. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi