KİV: Messi "Barselona"dan ayrılmaq qərarına gəldi

KİV: Messi "Barselona"dan ayrılmaq qərarına gəldi İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi 2021-ci ildəkomandadan ayrılmaq qərarına gəlib.
Futbol
4444
15 Avqust , 2020 13:08
KİV: Messi Barselonadan ayrılmaq qərarına gəldi
Lionel Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi 2021-ci ildə komandadan ayrılmaq barədə qərar verib. 

"Report" "COPE" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu klubun idarəetmə sistemindən məyusdur və müqaviləsini yeniləmək niyyətində deyil. 

Messi yalnız Kataloniya təmsilçisinin rəhbərliyində dəyişikliklər olsa və komanda yenidən qurulacağı təqdirdə klubda qala bilər. 

Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Orphus sistemi