KİV: "Fənərbağça" PSJ-nin keçmiş oyunçusu ilə maraqlanır

KİV: "Fənərbağça" PSJ-nin keçmiş oyunçusu ilə maraqlanır "Pari Sen-Jermen" futbol klubunun keçmiş yarımmüdafiəçisi Xese Rodriqes karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Futbol
29 Dekabr , 2020 02:41
KİV: Fənərbağça PSJ-nin keçmiş oyunçusu ilə maraqlanır
Xese Rodriqes

"Pari Sen-Jermen" futbol klubunun keçmiş yarımmüdafiəçisi Xese Rodriqes karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

“Report” xəbər verir ki, bu barədə RMC bildirib.

Məlumata görə, oyunçu ilə "Fənərbağça" klubu maraqlanır. Xatırladaq ki, "Pari Sen-Jermen" dekabrın əvvəllərində Xese ilə müqaviləni pozub. Klubla oyunçunun razılaşması 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulmuşdu. Lakin futbolçunun adı keçən qalmaqal fransız klubunun Xese ilə müqaviləsinin pozulmasına səbəb olub.

Xese 2016-cı ildən PSJ-də çıxış edib. O, fransız klubuna “Real Madrid"dən keçmişdi.

Futbolçu habelə "Las-Palmas", "Stok Siti" və "Betis" komandalarının da şərəfini qoruyub. Daha əvvəl bildirilirdi ki, Xese "Valensiya"nın oyunçusu ola bilər.

Son xəbərlər

Orphus sistemi