KİV: "Barselona"nın prezidenti istefa vermək fikrində deyil

KİV: "Barselona"nın prezidenti istefa vermək fikrində deyil İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Bartomeu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına böyük hesablı məğlubiyyətə baxmayaraqvəzifəsindən ayrılmaq niyyətində deyil.
Futbol
15 Avqust , 2020 16:48
KİV: Barselonanın prezidenti istefa vermək fikrində deyil
Jozep Bartomeu

İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Bartomeu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına böyük hesablı məğlubiyyətə baxmayaraq vəzifəsindən ayrılmaq niyyətində deyil.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, funksioner ən azı 2021-ci ilin əvvəlinədək Kataloniy təmsilçisində qalmaq istəyir.

O hesab edir ki, erkən prezident seçkiləri komandadakı vəziyyəti daha da pisləşdirə bilər. Bartomeu seçkiləri gələn ilin yanvar və ya mart aylarında keçirməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona" ötən gün Çempionlar Liqasında "Bavariya"ya 2:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi