Kipr yığmasının daha bir futbolçusu millimizlə matçı buraxa bilər

Kipr yığmasının daha bir futbolçusu millimizlə matçı buraxa bilər UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasının daha bir futbolçu itkisi ilə üzləşə bilər.
Futbol
1904
2 Sentyabr , 2020 11:51
Kipr yığmasının daha bir futbolçusu millimizlə matçı buraxa bilər
Pieros Sotiryu

UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması daha bir problemlə üzləşib.  

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan "Astana"sında çıxış edən Pieros Sotiryu zədələnib. Bu səbəbdən, 27 yaşlı hücumçu hazırlıq prosesinin bir hissəsini qaçırıb. Onun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək.  

Qeyd edək ki, daha əvvəl Aleksander Qogiç və Giorqos Efremin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Qogiç 10 günlük karantinə alınıb, Efrem isə zədələnib.  

Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqronu qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi