Kipr yığmasında daha bir itki: Millimizə qarşı oynamayacaq

Kipr yığmasında daha bir itki: Millimizə qarşı oynamayacaq UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr millisi növbəti dəfə itki ilə üzləşib.
Futbol
353
1 Sentyabr , 2020 14:42
Kipr yığmasında daha bir itki: Millimizə qarşı oynamayacaq

UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti itki ilə üzləşib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, APOEL-də çıxış edən Giorqos Efrem zədələnib. Bu səbəbdən, 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətindən çıxarılıb. Onun əvəzinə Limassol AEL-indən Andreas Avraam təlim-məşq toplanışına qatılıb. 

Qeyd edək ki, daha əvvəl Aleksander Qogiçin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Səbəb onun 10 günlük karantinə alınmasıdır. Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqro ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi