Kipr yığması Azərbaycanla matçdan öncə 2 futbolçudan imtina etdi

Kipr yığması Azərbaycanla matçdan öncə 2 futbolçudan imtina etdi UEFA Millətlər Liqasının III turunda Lüksemburq, IV turunda isə Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik edilib.
Futbol
8 oktyabr 2020 08:19
Kipr yığması Azərbaycanla matçdan öncə 2 futbolçudan imtina etdi

UEFA Millətlər Liqasındakı növbəti oyunlarında Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik edilib.

"Report" "Sport-fm" nəşrinə istinadən xəbər verir ki, Çexiyaya 1:2 hesabı ilə uduzan komanda fərdi qruplarla hazırlığı bərpa edib.

Komandanın baş məşqçisi Yohan Valem yarımmüdafiəçilər Xaris Kiriaku və İoannis Kostisi qarşıdakı görüşlərin hazırlıqlarına daxil etməyib. Beləliklə, toplanışda cəmi 24 futbolçu qalıb.

Qeyd edək ki, Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, oktyabrın 13-də isə Albaniyada Azərbaycanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi