Yunanıstan klubu "Qəbələ"nin futbolçusu ilə maraqlanır

Yunanıstan klubu "Qəbələ"nin futbolçusu ilə maraqlanır Kiprin"Apollon" (Smirnis)klubu "Qəbələ"nin futbolçusuKlesio Baukla maraqlanır.
Futbol
18 İyul , 2020 10:35
Yunanıstan klubu Qəbələnin futbolçusu ilə maraqlanır

Yunanıstanın "Apollon Smirnis" klubu "Qəbələ"nin futbolçusu Klesio Bauku heyətinə cəlb etmək istəyir.  

"Report" "Sportime" nəşrinə istinadən xəbər verir ki, əsas liqaya vəsiqə qazanan Afina təmsilçisinin rəhbərliyi 26 yaşlı yarımmüdafiəçinin ölkəyə uyğunlaşmaqda problem yaşamayacağını hesab edir. 

Buna səbəb mozambikli oyunçunun 2016 - 2018-ci illərdə "Panetolikos"da çıxış etməsidir. 

Qeyd edək ki, Klesio Bauk 2019-cu ilin yayında "Qəbələ"yə keçib. Onun klubla müqavilə başa çatıb. Yarımmüdafiəçi ilə "Zirə" klubu da yaxından maraqlanır. 

Son xəbərlər

Orphus sistemi