Kipr Futbol Federasiyasının prezidenti millimizlə oyundan danışdı

Kipr Futbol Federasiyasının prezidenti millimizlə oyundan danışdı "Milli komanda təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyununu keçirəcək. Futbolçular yaxşı nəticələr qazanmaq üçün Millətlər Liqasına nikbin və inamla başlayacaqlar".
Futbol
28 Avqust , 2020 19:53
Kipr Futbol Federasiyasının prezidenti millimizlə oyundan danışdı
Giorqos Kumas

"Milli komanda təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyununu keçirəcək. Futbolçular yaxşı nəticələr qazanmaq üçün Millətlər Liqasına nikbin və inamla başlayacaqlar".

"Report"un məlumatına görə, bu fikirləri Kipr Futbol Federasiyasının prezidenti Giorqos Kumas bu gün təşkil olunan mətbuat konfransı zamanı deyib.

UEFA Millətlər Liqasının ilk 2 turunda qarşılaşacaqları Monteneqro və Azərbaycan seçmələri ilə oyunlar barədə danışan funksioner matçların azarkeşsiz olmasından təəssüfləndiyini bildirib: "Mübarizəyə Monteneqro və Azərbaycana qarşı keçirəcəyimiz 2 ev oyunu ilə start verəcəyik. Əfsuslar olsun ki, bu iki görüşdə azarkeşlərimiz stadiona gələ və komandanı dəstəkləyə bilməyəcəklər. Çünki UEFA-nın protokoluna əsasən oyunlar bağlı qapılar arxasında olacaq. Əminik ki, fanatların düşüncələri və istəkləri qarşıda duran bu yeni çağırışda millimizi müşayiət edəcək".

G.Kumas millinin yeni baş məşqçisi Yohan Valemin heyətlə bağlı seçiminə inandığını deyib: "Ümumi məqsədimiz milli komandanın gələcəyini qurmaqdır. Yığmanın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsini və bizi qürurlandırmasını istəyirik".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Monteneqro ilə görüş isə sentyabrın 5-də eyni arenada olacaq.

Son xəbərlər

Orphus sistemi