Dani Kintana: "Qolum komandaya qələbə gətirmədiyi üçün evə könülsüz gedirəm"

Dani Kintana: "Qolum komandaya qələbə gətirmədiyi üçün evə könülsüz gedirəm" Bakı. 3 fevral. REPORT.AZ/ Rəqib qol vurana qədər hər şey plana uyğun gedirdi. Qol buraxandan sonra vəziyyət dəyişdi. Nəticəni ədalətli saymaq olar.
Futbol
3 Fevral , 2019 21:50
Dani Kintana: Qolum komandaya qələbə gətirmədiyi üçün evə könülsüz gedirəm

Bakı. 3 fevral. REPORT.AZ/ "Rəqib qol vurana qədər hər şey plana uyğun gedirdi. Qol buraxandan sonra vəziyyət dəyişdi. Nəticəni ədalətli saymaq olar".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə 1:1 hesablı heçə-heçədən sonra deyib.

Matçın 6-cı dəqiqəsində hesabı açan ispaniyalı futbolçu qələbəni əldən verdikəri üçün məyus olduqlarını ifadə edib:

"Təəssüf ki, bugünkü qolum komandaya qələbə gətirmədi. Ona görə evə könülsüz gedirəm. Rəqib müdafiəçilərin sərt oynadığını deməzdim. Belə hallar liderlərin oyununda normal hesab olunur".

Son xəbərlər

Orphus sistemi