Kilian Mbappe üç oyunluq diskvalifikasiya edilib

Kilian Mbappe üç oyunluq diskvalifikasiya edilib Bakı. 6 sentyabr. REPORT.AZ/ Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe Liqa 1-in IV turunda Nim komandası ilə səfər matçındakı davranışı ilə əlaqədar üç oyunluq diskvalifikasiya olunub.
Futbol
5 sentyabr 2018 23:28
Kilian Mbappe üç oyunluq diskvalifikasiya edilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe Liqa 1-in IV turunda "Nim" komandası ilə səfər matçındakı davranışı ilə əlaqədar üç oyunluq diskvalifikasiya olunub.

"Report"un məlumatına görə, bu barədə Fransa Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, əsas vaxta əlavə edilmiş dəqqiqələrdə parislilərin hücumçusu "Nim"in yarımmüdafiəçisi Tey Savaneni itələyərək, ona qarşı kobud oynayıb. Bu, oyunçular arasında davaya səbəb olub və sonda Mbappe də. Savane də qırmızı vərəqə alıb.

Məşhur futbolçunu idmançıya yaraşmayan hərəkətinə görə 5 matçlıq cəza gözləsə də, yerli PFL hücumçunu üç oyunluq diskvalifikasiya edib. Əvəzində Savane beş matçlıq diskvalifikasiya olunub. 

Son xəbərlər

Orphus sistemi