Kilian Mbappe komanda ilə məşqlərə başladı

Kilian Mbappe komanda ilə məşqlərə başladı Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe zədəsini sağaldıb.
Futbol
10 Avqust , 2020 09:38
Kilian Mbappe komanda ilə məşqlərə başladı
Kilian Mbappe

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe zədəsini sağaldıb. 

"Report" RMC nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu komanda ilə məşqlərə qoşulub. Forvard gözləniləndən daha tez müddətdə bərpa olunur. 

Qeyd edək ki, Kilian Mbappe Fransa Kubokunda PSJ-nin "Sent Etyen"i 1:0 hesabı ilə yendiyi final oyununun 26-cı dəqiqəsində zədələnib. Hücumçu cari mövsüm 34 oyunda meydanda olub, 30 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ avqustun 12-də İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq. Matç Portuqaliyada gerçəkləşəcək. 

Son xəbərlər

Orphus sistemi