Kilian Mbappe Birinci Liqada rekorda imza atdı

Kilian Mbappe Birinci Liqada rekorda imza atdı Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunun matçında "Pari Sen-Jermen" (PSJ) "Lion"u qəbul edib
Futbol
22 Mart , 2021 03:19
Kilian Mbappe Birinci Liqada rekorda imza atdı
Kilian Mbappe

Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunun matçında "Pari Sen-Jermen" (PSJ) "Lion"u qəbul edib.

“Report” xəbər verir ki, görüş Lionda "Stad de Lümer" stadionunda keçirilib və meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolları Danilu və Anxel Di Mariya vurub. "Lion"un heyətində İslam Slimani və Maksvell Korne fərqləniblər.

Bu, 22 yaşlı Mbappe üçün rekord göstərici olub. O, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.

Mbappe Birinci Liqanın cari mövsümündə 24 matçda iştirak edib və 18 qol vurub, bununla yanaşı, 6 məhsuldar ötürmə edib.

PSJ 63 xal yığaraq Birinci Liqanın yarış cədvəlində birinci yerə yüksəlib. "Lion" 60 xalla üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi