Tanınmış məşqçi Çin komandasına rəhbərlik edəcək

Tanınmış məşqçi Çin komandasına rəhbərlik edəcək Bakı. 25 dekabr. REPORT.AZ/ Çinin “Şanxay Şenxua” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
25 Dekabr , 2018 17:28
Tanınmış məşqçi Çin komandasına rəhbərlik edəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Çinin “Şanxay Şenxua” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Kike Sançes Floresə həvalə olunub. 53 yaşlı mütəxəssis bu postda U Tzinquyu əvəzləyib.

Qeyd edək ki, son iş yeri İspaniyanın “Espanyol” klubu olan Flores daha öncə vətənində “Hetafe”, “Valensiya”, “Atletiko”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Uotford”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” və “Əl-Ayn” komandalarına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi