Türkiyənin "Trabzonspor" klubu "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadəni transfer etməyə hazırlaşır.
"Report" "Fotomaç"a istinadən xəbər verir ki, bir müddətdir 18 yaşlı hücumameyilli yarımmüdafiəçini izləyən Trabzon təmsilçisi onu heyətinə qatmağa qərar verib.
Türkiyə klubunun Abdullazadənin transferi üçün "Sumqayıt"la danışıq apardığı bildirilir.
Məsələ ilə əlaqədar "Sumqayıt"ın mətbuat xidmətindən "Report"a bildirilib ki, gənc futbolçunun transferi ilə bağlı "Trabzonspor"dan təklif almayıblar.