KİV: "Trabzonspor" Mahir Emrelini transfer etmək istəyir

KİV: "Trabzonspor" Mahir Emrelini transfer etmək istəyir Türkiyənin Trabzonspor klubu Qarabağın və Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir.
Futbol
267
8 Avqust , 2019 13:54
KİV: Trabzonspor Mahir Emrelini transfer etmək istəyir

Türkiyənin "Trabzonspor" klubu "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə qatmaq istəyir. 

"Report"un haberts.com saytına istinadən verdiyi məlumata görə, norveçli forvard Aleksandr Syorpoltu heyətinə qatan Qara dəniz təmsilçisinin növbəti hədəfi 22 yaşlı hücumçudur. Xəbərdə Emerli ilə İspaniyanın "Deportivo", "Malaqa" və "Almeriya" klublarının yaxından maraqlandığı vurğulanıb. 

Onu heyətinə qatmaq istəyən klubların sırasında “Estremadura” da var. 

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-dək müqaviləsi var. 

Son xəbərlər

Orphus sistemi