KİV: Santyaqo Solari "Real Madrid"in baş məşqçisi olacaq

KİV: Santyaqo Solari "Real Madrid"in baş məşqçisi olacaq Bakı. 12 noyabr. REPORT.AZ/ İspaniyanın Real Madrid klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
12 Noyabr , 2018 18:56
KİV: Santyaqo Solari Real Madridin baş məşqçisi olacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

"Report" ESPN-ə istinadən xəbər verir ki, hazırda komandaya rəhbərlik edən Santyaqo Solari paytaxt klubunun baş məşqçisi kimi təsdiq olunacaq. 

İspaniya La Liqasının reqlamentinə əsasən, klubda baş məşqçi əvəzi iki həftədən artıq qala bilməz. 

"Kral klubu" 42 yaşlı mütəxəssisin mövsümün sonuna kimi komandaya rəhbərlik etməsi ilə bağlı İspaniya Futbol Federasiyasına müraciət edib. 

Qeyd edək ki, "Real Madrid" uğursuz çıxışlardan sonra baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Santyaqo Solari İspaniya nəhənginin ehtiyat komandası hesab olunan "Kastiliya"nın baş məşqçisi idi. 

Son xəbərlər

Orphus sistemi