KİV: "Real Madrid" İngiltərə klubunun ulduz futbolçusu ilə razılıq əldə edib

KİV: "Real Madrid" İngiltərə klubunun ulduz futbolçusu ilə razılıq əldə edib Bakı. 5 dekabr. REPORT.AZ/ İspaniyanın Real Madrid klubu İngiltərə Çelsisində çıxış edən Eden Azarla razılıq əldə edib.
Futbol
5 Dekabr , 2018 19:23
KİV: Real Madrid İngiltərə klubunun ulduz futbolçusu ilə razılıq əldə edib

Bakı. 5 dekabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu İngiltərə "Çelsi"sində çıxış edən Eden Azarla razılıq əldə edib. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, razılaşmaya əsasən, 27 yaşlı futbolçu 2019-cu ilin yayında Madrid təmsilçisinə keçəcək. 

Bildirilib ki, London klubu bu transferdən 170 milyon avro qazanacaq. "Real Madrid" isə icarə əsasında "Çelsi"də çıxış edən Mateo Kovaçiçi bu komandaya verməklə məbləği azaltmaq niyyətindədir. 

Qeyd edək ki, Eden Azar 2012-ci ildən "Çelsi"də çıxış edir. O, komandanın heyətində iki dəfə İngiltərə çempionatının, bir dəfə isə UEFA Avropa Liqasının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi