KİV: "Qəbələ" klubu Avroliqa matçında "Zirə"yə qol vurmuş futbolçunu istəyir - VİDEO

KİV: "Qəbələ" klubu Avroliqa matçında "Zirə"yə qol vurmuş futbolçunu istəyir - VİDEO Aleksandru Dandyaya 15 min dollar maaş təklif olunub
Futbol
29 Noyabr , 2017 11:10
KİV: Qəbələ klubu Avroliqa matçında Zirəyə qol vurmuş futbolçunu istəyir - VİDEO

Bakı. 29 noyabr. REPORT.AZ/ “Qəbələ” klubunun qış fasiləsində heyətinə qatmağa hazırlaşdığı futbolçulardan birinin adına aydınlıq gəlib.

“Report” fanatik.ro saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi Rumıniyanın “Astra” komandasının oyunçusu Aleksandru Dandyanın xidmətində maraqlıdır.

Bildirilir ki, “Qəbələ” nümayəndələri 29 yaşlı yarımmüdafiəçini iş başında görmək üçün noyabrın 26-da Rumıniya çempionatının XXVI turu çərçivəsində keçirilmiş “Astra” – “Styaua” görüşünü canlı izləyiblər. Curcu təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi matçda Dandya 90 dəqiqə forma geyinib.

2015-ci ildə “Metalul Reşitsa”dan transfer edilən və həmin dövrdə aylıq təqribən 400 dollar maaş alan yarımmüdafiəçi cari mövsümdə “Astra”nın əsas heyət üzvünə çevrilib. “Qəbələ”nin isə Dandya üçün aylıq 15 min dollar maaş və əlavə bonuslar təklif etdiyi vurğulanır.

Lakin "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında belə bir oyunçu ilə maraqlanmadıqlarını və onun oyununu canlı izləmədiklərini söyləyib. 

Qeyd edək ki, Aleksandru Dandya 2013/2014 mövsümündə Ukraynanın “Qoverla” komandasında da çıxış edib. Həmin dövrdə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk vətənində “Çernamorets”ə rəhbərlik etdiyindən, ukraynalı mütəxəssisin rumıniyalı futbolçunu tanıması mümkündür.

Dandya bu il Avropa Liqasının II təsnifat mərhələsində “Astra”nın heyətində “Zirə”yə qarşı da forma geyinib. O, Curcu təmsilçisinin evdə 3:1 hesabı ilə qalib gəldiyi görüşün 55-ci dəqiqəsində fərqlənib və 63-cü dəqiqədə əvəzlənib. Bakıda qolsuz başa çatan qarşılaşmada isə təcrübəli oyunçu 90 dəqiqə forma geyinib.

Son xəbərlər

Orphus sistemi