KİV: Mahir Emreli İspaniyanın 3 klubu arasında seçim edəcək

KİV: Mahir Emreli İspaniyanın 3 klubu arasında seçim edəcək Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir İspaniya klubunun adı məlum olub.
Futbol
2 Avqust , 2019 12:00
KİV: Mahir Emreli İspaniyanın 3 klubu arasında seçim edəcək

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə maraqlanan daha bir İspaniya klubunun adı məlum olub.

“Report”un “Gol Digital”a istinadən verdiyi məlumata görə, bu ölkənin səviyyəcə ikinci liqasında çıxış edən “Estremadura” və “Malaqa” klubları ilə yanaşı, “Almeriya” da 22 yaşlı hücumçunu transfer etmək istəyir.

Bildirilir ki, Emrelinin İspaniyaya yollanması “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışından asılıdır. Bu transfer Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıracağı halda reallaşacaq. “Köhlən atlar” III təsnifat mərhələsində Kiprin APOEL komandasını keçə bilməsələr, forvard adı çəkilən 3 klub arasında seçim edəcək.

Qeyd edək ki, Mahir Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci il iyulun 30-dək müqaviləsi var. 

Son xəbərlər

Orphus sistemi