KİV: Karlo Ançelotti "Arsenal"ın yeni baş məşqçisi olmağa razılıq verib

KİV: Karlo Ançelotti "Arsenal"ın yeni baş məşqçisi olmağa razılıq verib Təyinat mövsümün sonunda gerçəkləşəcək
Futbol
11 Yanvar , 2018 13:10
KİV: Karlo Ançelotti Arsenalın yeni baş məşqçisi olmağa razılıq verib

Bakı. 11 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" futbol komandasının sabiq baş məşqçisi Karlo Ançelotti İngiltərə "Arsenal"ının sükanı arxasına keçəcək.

"Report"un "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, London klubu hazırkı baş məşqçi Arsen Vengerlə mövsümün sonunda yollarını ayırmaq niyyətindədir. Fransalı mütəxəssisi isə italiyalı həmkarı əvəzləyəcək. 

Artıq Ançelotti "Arsenal"da çalışmağa razılıq verib. 58 yaşlı mütəxəssisin İngiltərə Premyer Liqasında "Çelsi" ilə iş təcrübəsi var. O, "topçular"ın baş məşqçisi kimi 10 milyon avro qazanacaq. Bura mükafatlar daxil deyil. 

Qeyd edək ki, Karlo Ançelotti İtaliya yığmasının baş məşqçi postuna da namizədlər siyahısındadır.

Son xəbərlər

Orphus sistemi