KİV: İtaliya millisinin sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək

KİV: İtaliya millisinin sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək İtaliya millisinin sabiq futbolçusu Dieqo Fabbrini Azərbaycandan aldığı sərfəli təklifi müsbət cavablandırıb.
Futbol
260
30 Dekabr , 2019 15:29
KİV: İtaliya millisinin sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirəcək

İtaliya millisinin sabiq futbolçusu Dieqo Fabbrini Azərbaycandan aldığı sərfəli təklifi müsbət cavablandırıb.

"Report" "Telekom Sport"a istinadən xəbər verir ki, mövsümün ilk yarısını Rumıniyada Buxarest "Dinamo"sunda keçirən 29 yaşlı yarımmüdafiəçinin "Neftçi" və ya "Qarabağ"la müqavilə bağlayacaq.

Fabbrininin hazırkı klubunda aylıq maaşının 16 min avro olduğu bildirilir.

Qeyd edək ki, Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında 1 oyun keçirib. O, karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərənin "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyanın "Oviedo", Rumıniyanın "Botoşani" və Boqlarıstanın MOİK komandalarında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi