KİV: İbrahimoviç "Milan"a qayıtmağa razı olub

KİV: İbrahimoviç "Milan"a qayıtmağa razı olub ABŞ-ın Los-Anceles Qelaksi klubundan ayrılan futbolçu Zlatan İbrahimoviç karyerasını İtaliya Milanında davam etdirəcək.
Futbol
3 Dekabr , 2019 11:36
KİV: İbrahimoviç Milana qayıtmağa razı olub

ABŞ-ın "Los-Anceles Qelaksi" klubundan ayrılan futbolçu Zlatan İbrahimoviç karyerasını İtaliya "Milan"ında davam etdirəcək.

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, 38 yaşlı hücumçu yenidən "qırmızı-qara" formanı geyinəcək. Uzun müddət düşündükdən sonra isveçli forvard "rossonyerlər"ə qayıtmağa razılaşıb. Onun 2010 - 2012-ci illərdə çıxış etdiyi klubla müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Daha əvvəl "Milan"ın İbrahimoviçin keçidini dekabrın 15-də açıqlamaq istədiyi barədə məlumat yayılıb. Bu, həmin gün 120 illik yubileyini qeyd edəcək klubun azarkeşlərə hədiyyəsi olacaq.

Qeyd edək ki, daha öncə Zlatan İbrahimoviç İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus" və "İnter", İspaniyanın "Barselona", Fransanın PSJ və İngiltərənin "Mançester Siti" komandalarının formasını geyinib.   

Son xəbərlər

Orphus sistemi