KİV: Fransa Liqası avqustadək bərpa olunmayacaq

KİV: Fransa Liqası avqustadək bərpa olunmayacaq Futbol üzrə Fransa çempionatının avqust ayından əvvəl bərpasına icazə verilməyəcək.
Futbol
28 Aprel , 2020 15:49
KİV: Fransa Liqası avqustadək bərpa olunmayacaq

Futbol üzrə Fransa çempionatının avqust ayından əvvəl bərpasına icazə verilməyəcək. 

"Report"un "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, ölkə rəhbərliyi, böyük ehtimalla, Liqa 1 matçlarının avqusta qədər keçirilməsini qadağan edəcək. 

Fransada martın 17-dən mayın 11-dək vətəndaşlara hərəkət məhdudiyyəti qoyulub. Bildirilir ki, baş nazir Eduar Filipp mayın 11-də ölkədə futbol fəaliyyətinin bərpasına imkan verməyəcək. 

Qeyd edək ki, Fransa çempionatı 28 turdan sonra koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi